İsveçin mülki müdafiə naziri Karl Oskar Bohlin və Psixoloji Müdafiə Agentliyinin Kommunikasiyalar üzrə direktoru Mikael Östlund ölkədə Qurani-Kərimin yandırılması ilə bağlı təxribatların artması ilə bağlı mətbuat konfransı keçirib.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Konfransda İsveçin xaricdə “İslam düşməni” kimi göstərildiyini qeyd edən nazir Bohlin, “Rusiya dövləti və onun aktyorlarının İsveçdə Quran yandırma hərəkətlərinin sanki dövlət tərəfindən edildiyini göstərən yalan məlumatlar yaydıqlarını görürük. Təbii ki, bu, tamamilə yanlışdır, ayrı-ayrı şəxslərin buna konstitusion hüququ var, amma dövlət bunun arxasında durmur və təsdiq etmir” deyə bildirib.
Nazir, həmçinin ölkənin çətin dövrdən keçdiyini də dilə gətirib: "Təhlükəsizlik siyasəti baxımından çətin dövrlərdən keçirik. Hər kəs öz fərdi məsuliyyətini yerinə yetirməlidir. İsveçə zərər vermək istəyən aktyorlara kömək etməyin".
Aysel Şirinova