DÜNYA ÖZ XƏBƏR

İsraildə gərginlik: hərbçilər etirazçılara qoşuldu

İsraildə 830 hərbçi məhkəmə islahatlarına etiraz etmək üçün  postlarını tərk ediblər.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. 

İsrail İctimai Yayım Korporasiyasının açıqlamasına görə İsrail Hərbi Hava Qüvvələrinin təxminən 830 əsgəri, o cümlədən 260-dan çox pilotu postu tərk edib.

İsrail Baş Qərargah rəisi Herzi Halevi, hökumətin mübahisəli məhkəmə nizamnaməsinə etiraz etmək üçün könüllü ehtiyat xidmətini tərk edən əsgərlərə yazdığı açıq məktubda "əgər güclü və bütöv ordumuz olmasa, əgər ən yaxşı seçim orduda ximdət etməməkdirsə, bu regionda ölkə olaraq mövcud ola bilmərik",- deyə bildirib.

Xatırladaq ki, İsraildə məhkəmə islahatlarına qarşı ilk etirazlar 2023-cü ilin martında keçirilib. 

Aysel Şirinova

Oxşar Xəbərlər