HADİSƏ

Əncir yığan qadını elektrik cərəyanı vuraraq öldürüb

Şəkidə ağacdan əncir yığan qadını elektrik cəryanı vurub. 

32gun.az xəbər verir ki,  hadisə səhər saatlarında Şəki şəhəri, avtovağzal ərazisində Mahmudəliyev küçəsində baş verib. Həmin küçədəki fərdi evlərin birinində yaşayan qadın həyətdəki əncir ağacından əncir yığan zaman onu yaxınlıqdan keçən yüksək gərginlikli elektrik cəryanı vurub.

Qadın aldığı elektroşok nəticəsində elə ağacın üstündə ölüb. Hələki şəxsiyyəti məlum olmyan qadının meyitini ağacdan düşürmək üçün əraziyə müvafiq qurum nümayəndələri cəlb edilib. 

Faktla bağlı araşdırma aparılır.

unikal

Oxşar Xəbərlər