DÜNYA ÖZ XƏBƏR

İsrail qüvvələri Fələstinli uşağı başından güllələdi

İsrail və Fələstin arasında gərginlik davam edir.

32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə işğal altındakı İordan çayının qərb sahilindəki Kalkiliya şəhərinə basqın edən İsrail əsgərləri bir uşağı başından güllələyərək öldürüb.

Fələstin Səhiyyə Nazirliyi işğal qüvvələrinin gülləsindən başından ağır yaralanan uşağın xəstəxanaya aparıldığını, lakin dünyasını dəyişdiyini açıqlayıb. Uşağın kimliyi və yaşı barədə məlumat verilməyib.

Şahidlərin sözlərinə görə, İsrail əsgərləri gecə saatlarında Kalkiliya şəhərinin qərb hissəsindəki Nakkar rayonuna basqın ediblər.

Onlar basqının qarşısını almaq istəyən fələstinli gənclərə daş, real və rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edərək cavab verib.

Aysel Şirinova

Oxşar Xəbərlər