HADİSƏ

İstirahət mərkəzindən 500 manatlıq dondurma oğurlandı

Bakıda istirahət mərkəzindən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 32gun.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Buzovna qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərinin birindən 500 manat dəyərində dondurma oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Fərid Məlikov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər