16 yaşlı qız anası ilə mübahisə etdikdən sonra oteli yandırıb. Zərərin 200 min dollardan çox olduğu bildirilib.
32gun.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞda baş verib.
Anası ilə mübahisə etdikdən sonra əlində alışqanla otel dəhlizindəki stula od vuran gənc qız təxminən 5 dəqiqə sonra təcili yardıma zəng edib. Polisin verdiyi açıqlamada 9 mərtəbəli oteldə qalan 320 müştərinin dərhal təxliyyə edildiyi, xəsarət alan olmadığı bildirilib. Yanğın yanğınsöndürənlər tərəfindən 7 dəqiqə ərzində söndürülərkən, yeniyetmə qız polis tərəfindən saxlanılıb.
Polisə ifadə verən qız: "Anamla dalaşdım, sonra o, başqa otağa keçdi. Mənimlə danışmadı, zənglərimə, mesajlarıma cavab vermədi. Nə edəcəyimi bilmədim",- deyə bildirib.
Anası isə ifadəsində mübahisənin böyüməməsi üçün başqa otağa keçdiyini, qaldığı otağın nömrəsini demək üçün qızına zəng vurduqdan təxminən 15 dəqiqə sonra yanğın siqnalı çalmağa başladığını qeyd edib. Yanğın siqnalı çaldıqdan sonra qızının olduğu otağa getdiyini ifadə edən ana daha sonra Qarsiyanı otelin dayanacağında tapdığını bildirib. Qızının daha əvvəl belə bir şey etmədiyini dilə gətirən ana "O yaxşı qızdır" deyib.
Aysel Şirinova