İyulun 21-də ekranlara çıxan və atom bombasının atası kimi tanınan C.Robert Oppenheymerin həyatından bəhs edən Oppenheimer filmi izlənmə rekordları ilə gündəmi zəbt edərkən Cillian Murphynin həmkarı barəsindəki fikirləri maraqla qarşılanıb.
32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə Oppenheimer rolunu oynayan dünya şöhrətli aktyor yerli KİV-lərə müsahibə verib. Müsahibə zamanı o, rol yoldaşı Robert Downey ilə işləməkdən necə məmnun olduğunu deyərək aktyorun ünvanına təriflər yağdırıb: “Dauni ilə oynadığım səhnələr çox rahat və improvizəedici idi. Yəni, onunla oynamaq fenomenal idi. O, indiyə qədər işlədiyim ən uyğun, ən parlaq aktyordur”,- deyə bildirib.
Qeyd edək ki, Downey filmdə Atom Enerjisi Komissiyasının sədri Lyuis Ştrausu obrazını canlandırıb.
Aysel Şirinova
