DÜNYA ÖZ XƏBƏR

Çevrilişlə devrilən Nigeriya liderinin ilk açıqlaması

Niger prezidenti Mohamed Bazoum dünən hərbi çevrilişlə vəzifəsindən uzaqlaşdırıldıqdan sonra sosial mediada verdiyi açıqlamada "çətinliklə qazanılmış" demokratiyanı qoruyacağına söz verib.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. 

Ölkənin xarici işlər naziri Hassoumi Massoudou da çevrilişin baş tutmaması üçün "bütün demokratları və vətənpərvərləri" toplaşmağa çağırıb. Fransanın “France 24” telekanalına müsahibə verən Məsudou bildirib ki, Bazoum hələ də bu səhər prezident sarayında saxlanılır. Nazirin harada olduğu bilinmir.

Qeyd edək ki ölkə daxilində sərhədlər bağlanıb və komendant saatı qüvvəyə minib. Bu isə Qərbi və Mərkəzi Afrikada 2020-ci ildən bəri yeddinci çevrilişdir.

Aysel Şirinova

Oxşar Xəbərlər