Son iki ayda FETÖ-yə qarşı 905 əməliyyat keçirildiyini açıqlayıb.
32gun.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı daxili işlər naziri Əli Yerlikaya yayıb. Sosial media hesabında terror təşkilatı ilə mübarizədəki son vəziyyəti paylaşan Yerlikaya Prezident Rəcəb Tayyib Ərdoğanın “Su yatar, FETÖ yatmaz” sözlərini xatırladıb.
Nazir son 2 ayda həyata keçirilən 905 əməliyyatda 1329 şübhəlinin nəzarətə alındığını bildirib. O bildirib ki, saxlanılanlardan 212-si həbs edilib, 261-i barəsində məhkəmə nəzarəti qərarı çıxarılıb.
Daxili işlər naziri FETÖ ilə mübarizənin qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.
Aysel Şirinova