İstanbulun Avcılar səmtində qəribə hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, taksi sürücüsü başına gələnlər qarşısında təəccübünü gizlədə bilməyib.
İddialara görə, taksiyə minən əcnəbi qadın taksi sürücüsünə pulunun olmadığını deyib. Taksi sürücüsü tərəfindən avtomobildən çıxarılan müştəri qışqırmağa başlayıb. Qadın onu sakitləşdirmək istəyən digər taksi sürücüsünə sillə vurub. Qadın ətrafdakı insanların müdaxiləsi ilə uzaqlaşdırılıb. Həmin anlar kameraya düşüb.
Ayxan