Ankaranın Altındağ bölgəsində başı yük liftində ilişən 13 yaşlı uşaq dünyasını dəyişib.
32gun.az Türkyə KİV-nə istinadən bildirir ki, mebel sexində yük lifti ilə materialı aşağı mərtəbəyə endirmək istəyərkən 13 yaşlı A.A-nın başı liftlə divar arasında qalıb.
Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə səhiyyə və polis qrupu sövq edilib.
Həkim qrupları A.A-nın öldüyünü müəyyən edib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Ayxan