Ford elektrikli avtomobillərinin istehsalını yavaşlatmaq qərarına gəlib.
32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə şirkət, vergidən əvvəlki illik mənfəət proqnozunu yüksəltməklə yanaşı, "Model"e üçün 4,5 milyard dollar zərərə uğradığını proqnozlaşdırıb.
Ford ikinci rübdə Modele tərəfindən gətirilən elektrik avtomobillərindən orta hesabla 32.000 dollardan çox itirdiyini də bildirib.
Buna baxmayaraq birinci nəsil akkumulyatorlu elektrik avtomobillərinin maya dəyərini azaltmaq üçün mübarizə aparan şirkət yaxın beş ildə qaz və elektriklə işləyən hibrid avtomobillərin satışını dörd dəfə artırmağı planlaşdırdığını bəyan edib.
Aysel Şirinova