Türkiyədəki zəlzələdə 40 nəfərin öldüyü binanın 2 podratçısına 22 il 6 ay həbs cəzası tələb edilib.
32gun.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Kahramanmaraşda 6 fevral tarixində 7.7 bal gücündə qeydə alınan zəlzələ zamanı yıxılan ilk binanın podratçıları barədə məhkəmə qərarı açıqlanıb.
Qərara əsasən 40 nəfərin ölümünə 2 nəfərin yaralanmasına səbəb olan 16 mərtəbəli bina podratçılarından olan Aybaba və qızı Çelik haqqında "məqsədli şəkildə xeyli insan ölümünə səbəb olmaq" ittihamı ilə 22 il 6 ay müddətində həbs qətimkan tədbiri müəyyən olunub. Qərar Adana 4-cü Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib.
Nümunələr üzərində aparılan təhlillərin yer aldığı hesabatda, binadan götürülmüş beton və polad nümunələrinin nəticələrinə uyğun olaraq binanın zəlzələ qaydalarına uyğun öhdəliklərə cavab vermədiyi məlum olub.
Bildirilib ki, tikintinin texnikaya uyğun qurulmasına cavabdeh olan podratçılar sökülən binanın layihə tikintisi və işlərin başa çatdırılması mərhələsində öhdəliklərini yerinə yetirməyiblər.
Aysel Şirinova