Qaziantepdə narkotik aludəçisi olduğu iddia edilən Ö.F.T-nin (27) qardaşı İbrahim Halil Tanrıöveri (41) tapança ilə vuraraq öldürüb.
32gun.az Türkiyə KİV-nə istinadən bilditir ki, həmin anlar təhlükəsizlik kamerasına düşüb.
Hadisə ilə bağlı məlumatda bildirilir ki, narkotik aludəçisi olan Ö.F.T ilə onu şəhər xaricindən gəlib müalicə almağa razı salmaq istəyən böyük qardaşı İbrahim Halil Tanrıöver arasında mübahisə yaranıb. Bu vaxt Ö.F.T üzərində daşıdığı silahla qardaşına iki dəfə atəş açıb. Yaralı İbrahim Halil Tanrıöver çölə çıxıb qaçmağa çalışıb. Bu dəfə Ö.F.T binanın pilləkənlərində qardaşına atəş açıb. Başından güllə yarası alan 5 uşaq atası İbrahim Halil Tanrıövər dünyasını dəyişib. Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən Ö.F.T həbs edilib. Digər tərəfdən İbrahim Halil Tanrıöverin yaralı halda qaçmağa çalışdığı və Ö.F.T-nin əlində silahla qardaşını izlədiyi anlar binanın təhlükəsizlik kamerasına əks olunub.
Ayxan