HADİSƏ

Bakıda şagirdi sillələyən direktorla bağlı araşdırmaya başlanıldı - VİDEO (YENİLƏNİB-1)

Nəsimi RPİ-nin 19-cü Polis Şöbəsində Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışı ilə bağlı təhqiqat araşdırmaları aparılır.

Bu barədə 32gun.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

E.Hacıyevin sözlərinə görə, hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

*** 15:32

Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu video ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

32gun.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq idarədən bildirilib.

Qurumdan qeyd edilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək:

“Ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.

*** 14:16

Bakı şəhərində məktəb direktoru şagirdləri döyüb. 

32gun.az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, paytaxtda fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədova təhsil ocağında şagirdlərə əl qaldırıb. 

Onun bu hərəkəti kameralara düşüb. 

Həmin görüntüləri təqdim edirik:

Oxşar Xəbərlər