Madonna səhhətilə bağlı xəbərlərdən sonra səssizliyini pozub.
32gun.az xarici mediaya istinadən xəbər verir ki, ötən ay səhhətində yaranan problemə görə reanimasiyaya yerləşdirilən dünya şöhrətli ulduz "instagram" hesabından paylaşımı edib.
64 yaşlı müğənni xəstəxanadan çıxandan bir ay sonra təşəkkür mesajı paylaşıb.
6 uşaq anası olan Madonna, "Bir ana olaraq, özünüzü həmişə uşaqlarınızın ehtiyacları üçün yaşayırmış kimi hiss edə bilərsiniz ... Amma işlər pisləşəndə, həqiqətən də mənim yanımda onlar oldular",- deyə bildirib. Övladlarının daha əvvəl görmədiyi tərəflərini gördüyünü ifadə edən Madonna, “Onların varlığı hər şeyi dəyişdi. Yaşadığım üçün özümü şanslı hiss edirəm” deyə paylaşımda qeyd edib.
Aysel Şirinova