Xəbər verdiyimiz kimi Qarsda sərnişin avtobusunun dərəyə aşması nəticəsində 7 nəfər ölüb 22 nəfər yaralanıb.
32gun.az Türkiyə mediasına istinadən bildirir ki, qəzada ölənlərlə bağlı yeni açıqlama verilib.
Belə ki, həyatını itirənlərin sayının 8-ə çatdığı bildirilib. Qeyd edək ki, hadisə Türkiyənin Qars bölgəsində Sarıqamış rayonunda baş verib.
Aysel