DÜNYA ÖZ XƏBƏR

Azarkeşlərə üzücü xəbər: Arda Gülərin müqaviləsi dondurula bilər

Real Madrid yeni transferi Arda Gülərin lisenziyasını 1 yanvar 2024-cü ilə qədər dondura bilər.

32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə oyun zamanı aldığı zədə səbəbiylə Arda Gülərin cərrahi müdaxiləsiz müalicəsinin təxminən 3 ay çəkəcəyi bildirilib.

Gənc futbolçu cərrahi müdaxiləni seçəcəyi təqdirdə isə yanvar ayında qədər oyunlardan uzaq qalacaq. Belə olan halda futbolçunun müqaviləsinin yanvar ayına qədər dondura biləcəyi deyilib.

Qeyd edək ki, Real Madridə transfer olunduqdan sonra zədələnən 18 yaşlı futbolçu İspaniya nəhəngində hazırlıq matçlarına vaxt ayıra bilməyib.

Aysel Şirinova

Oxşar Xəbərlər