Yunan DJ Sergio ilə münasibətdə olan məşhur aktrisa Demet Özdemir ilk dəfə sevgilisi ilə paylaşım edib.
32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisanın sevgilisi ilə yanaşı dostlarının da yer aldığı paylaşımı izləyicilərinin gözündən qaçmayıb.
Xatırladaq ki, ötən ilin avqustunda Oğuzhan Koçla ailə quran Demet Özdemirin evliliyi çox çəkməyib. Evliliklərində problemlər yaşayan cütlük may ayında boşanıb. Boşandıqdan sonra Yunanıstana tətilə gedən aktrisanın DJ Sergio ilə də həmin vaxtda tanış olduğu iddia edilib.
Aysel Şirinova