ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarları keçmiş prezident və komandasına qarşı məhkəmə və araşdırmalarda iştirak edən, Trampa yaxın şəxslərin hüquqi xərclərini ödəmək üçün “hüquqi müdafiə fondu” yaradacaqlar.
32gun.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb. “Vətənpərvər Hüquqi Müdafiə Fondu” adlandırılması planlaşdırılan fond barədə hələlik başqa məlumat verilməyib.
Digər tərəfdən sözügedən fondla yalnız Trampın şəxsi məhkəmə xərclərini deyil, bu işlərdə iştirak etmiş keçmiş prezidentə yaxın müttəhimlərin və şahidlərin xərclərinin qarşılanması da hədəflənir.
Fondun Trampın seçki kampaniyalarında mühüm rol oynamış Maykl Qlasner tərəfindən idarə olunacağı gözlənilir.
Qeyd edək ki, Trampı dəstəkləyən super PAC qrupları 2023-cü ilin birinci yarısında keçmiş prezident və onun tərəfdarlarını dəstəkləmək üçün məhkəmə xərclərinə 40 milyon dollardan çox pul xərcləyib.
Aysel Şirinova