DÜNYA ÖZ XƏBƏR

"Twitter" qalmaqallı loqosunu götürdü

Twitter-in baş qərargahında yerləşən nəhəng, parlaq X sakinlərin şikayətindən sonra yığışdırılıb.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Qeyd edək ki, keçdiyimiz həfətlərdə  Mask “Twitter” sosial şəbəkəsinin rebrendinqini elan edib. O, mavi quş loqosunu “X” hərfi ilə əvəzləyib. Daha sonra amerikalı milyarderin nəhəng loqonu şirkətin damına quraşdırılması sakinlərin nazarızılığına səbəb olub. Araşdırmalardan sonra Maskın qanunu pozduğu müəyyən edilib: “Bu işarənin quraşdırılması üçün müvafiq plan və onun təsdiqi tələb olunur. Şəhər administrasiyası məsələdən şikayət edir və araşdırmaya başlayır”, - San Fransisko Tikintinin Təftişi Departamenti bildirib.

Aysel Şirinova

 

Oxşar Xəbərlər