Pekində yağış və sel səbəbindən 11 nəfər ölüb, on minlərlə insan təxliyyə edilib.
32gun.az xarici KİV-lərə istinadən xəbər verir ki, təxminən 22 milyon əhalisi olan Pekin təbii fəlakətin qurbanına çevrilib.
Şiddətli yağışlar səbəbindən evlər və iş yerləri su altında qalıb infrasturuktura ciddi zərər dəyib. Fəlakət nəticəsində 11 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Şəhərin qərb bölgələrində yaranan daşqınlar nəticəsində bir çox avtomobil axına qapılaraq sürüklənib.
Aysel Şirinova


