İranda həddindən artıq istilərlə əlaqədar avqustun 2-3-də ölkə üzrə bütün müəssisələrin tətilə buraxılması qərara alınıb.
32gun.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Əli Bahadori Çehromi məlumat yayıb. Son həftələrdə həddindən artıq isti hava şəraitinin müşahidə olunduğu İranda sabah ölkənin cənub-qərbindəki bəzi şəhərlərdə hava temperaturunun 51 dərəcəyə çatacağı bildirilib.
İranın səhiyyə naziri Bəhram Eynullahi də havanın temperaturunun 40 dərəcədən çox olduğu bölgələrdə həftə sonu tətil elan edilməsi barədə hökumətə təklif edib.
Aysel Şirinova