HADİSƏ

Oğul evdə atasını öldürüb qaçdı

Astara  rayonunun Çürkəş kəndində oğul atasını öldürüb.

DİN-in mətbuat xidmətinin regional qrupundan 32gun.az-a bildirilib  ki, 71 yaşlı  Əliyev Qubad Cümşüd  oğlunun evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

Cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu- 46 yaşlı Rəşad hadisə yerindən uzaqlaşıb. Şəxsin tutulması istiqamətində tədbirlər görülür. 

Oxşar Xəbərlər