HADİSƏ

Bu il dəmir yollarında 7 piyadanı qatar vurub

2023-cü ilin ilk 6 ayı ərzində piyadaların qatar yoluna qəfil çıxması səbəbindən dəmir yollarında 7 hadisə baş verib.

32gun.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Bildirilib ki, bu hadisələr zamanı 4 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Oxşar Xəbərlər