İyulun 24-də Almaniyadan Misirə 3 minə yaxın avtomobil daşıyan yük gəmisində başlayan yanğın hələ də söndürülməyib.
32gun.az xarici mediaya istinadən xəbər verir ki, gəminin batması təhlükəsi səbəbindən ekipajlar yanğına müdaxilə edə bilmirlər. Bu səbəbdən çevrilmə zamanı yanacağın suya qarışması nəticəsində baş verəcək ekoloji fəlakətlə bağlı narahatlıqlar da göyərtəsində minlərlə avtomobil olan yanğının söndürülməsinə imkan vermir.
Yük gəmisinin yaxınlığında vəziyyəti izləyən 8 xilasedici gəminin olduğu da qeyd edilib. Ümumdünya Dəniz Təşkilatı yanğının böyük bir ekoloji fəlakətə çevrilməməsi üçün təhlükəsizlik tədbirlərini araşdırdıqlarını, bir çox ətraf mühit təşkilatının hadisəni yaxından izlədiyini bildiriblər.
Qeyd edək ki, yanğın zamanı 1 nəfər ölüb, 22 ekipaj üzvü yüngül xəsarətlərlə xilas edilib.
Aysel Şirinova