Həyat yoldaşı Vanda Naranın xəstəliyindən xəbər tutan İkardi futbol karyerasını sonlandırmaq istəyib.
32gun.az xəbər verri ki, bu barədə futbolçunun həyat yoldaşı danışıb. Xəstəlik müddətində ailəsinin yaşadıqları çətinliklər və başına gələnlər barədə yerli KİV-ə müsahibə verən futbolçunun xanımı, "Sosial mediada səhhətim barədə xəbərlər yayılarkən uşaqlarım və anam ağlayırdı. Hər şeyin bitdiyini düşünürdüm. Ailəm məhv olmuşdu. Mauro karyerasını bitirmək istəyirdi".
Həyatını itirmək barədə qorxu yaşayan Vanda Nara, "Əvvəlcə tibb bacıları ağlaya-ağlaya gəlib məni qucaqladılar. Mauroya "Öləcəm, mənə deməyəcəklər" dedim", Bütün bunlara baxmayaraq, mən güclü oldum və yaxşı olduğumu hiss etdirdim, çünki ailəm dağılırdı",- deyə bildirib.
Aysel Şirinova
