DÜNYA ÖZ XƏBƏR

Baydenin oğlu kirayə pulunu ödəmədən evdən QAÇIB

Badenin 53 yaşlı oğlu Hunter yaşadığı villanın kirayə pulunu ödəmədən qaçıb.

32gun.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. Məlumata əsasən prezidentin oğlu 2021-ci ildə ailəsi ilə birlikdə köçdüyü Kaliforniyada yerləşən 4 milyon dollarlıq lüks villadan kirayə pulunu ödəmədən qaçdığını bildirilib. Baydenin oğlunun  həyat yoldaşı və övladları ilə birlikdə yaşadıqları, aylıq kirayəsinin 25 min dollar olduğu villaya 80 min dollarlıq kirayə borcları qalıb.

Qəzetə müsahibə verən və adının gizli qalmasını tələb edən qaynaq, "Bərbat kirayəçi idilər. Aylarla ev sahibinin kirayə haqqını vermədilər. Evi də çox pis vəziyyətdə tərk ediblər",- deyə bildirib.

Qeyd edək ki, ev sahibinin ABŞ-da məşhur fast-food şəbəkəsinin yaradıcılarından biri Conatan Neman olduğu barədə məlumatlar da yayılıb.

Aysel Şirinova

Oxşar Xəbərlər