DÜNYA ÖZ XƏBƏR

Bu ölkədə uşaqlara telefon qadağası OLACAQ

Çin uşaqların smartfon istifadəsinə məhdudiyyətlər qoymağa hazırlaşır. Kiber Kosmos İdarəsi tərəfindən hazırlanan layihə ictimaiyyətə təqdim edilib.

32gun.az xəbər verir ki, layihə qanunla qəbul edilsə, 16-18 yaş arası uşaqlar gündə 2 saat, 16 yaşından aşağı olanlar bir saat,  8 yaşdan aşağı uşaqlar üçün nəzərdə tutulan vaxt isə  cəmi 8 dəqiqədir. Bundan əlavə, saat 22:00-dan səhər saat 06:00-dək uşaqların internetə giriş - çıxışı  da dayandırılacaq.

Telefon və proqram istehsalçıları yeni qaydalar üçün "Uşaqlar rejimi"ni işə salmalı olacaqlar.

Qeyd edək ki, qanun layihəsinin gündəmə gəlməsi ilə Çin texnologiya nəhənglərinin səhmləri  ucuzlaşıb.

Aysel Şirinova

 

Oxşar Xəbərlər