DÜNYA ÖZ XƏBƏR

İran minlərlə əfqanı deportasiya edir

İran son bir ayda 43 mindən çox əfqanı deportasiya edib.

32gun.az xəbər verir ki, Taliban 43 mindən çox əfqanın İran tərəfindən çıxarıldığını, 46 min əfqanın isə öz istəyi ilə ölkəsinə döndüyünü açıqlayıb. Iran əfqanları, əsasən Herat və Nimruz əyalətlərindəki sərhəd keçid məntəqələri vasitəsilə deportasiya edir.

Qeyd edək ki, İran rəsmiləri müxtəlif vaxtlarda verdiyi açıqlamalarda İranda təxminən 5 milyon əfqanın yaşadığını bildiriblər.

Aysel Şirinova

 

Oxşar Xəbərlər