İçərisində 34 nəfərin olduğu qayıq qəzaya uğrayıb, 20 nəfər ölüb.
32gun.az xəbər verir ki, hadisə Uqandada baş verib. Məlumata əsasən indiyədək 9 nəfər xilas edilib. Qəzaya səbəbin yüklənmə və pis hava şəraiti olduğu deyilib. Qayığın kömür, qida və gümüş balıq daşıdığı məlum olub.
Polis və yerli qruplar itkin düşənlərin tapılması üçün xilasetmə işlərini davam etdirir.
Aysel Şirinova