Türkiyəli məşhur aktrisa Işıl Yücesoyun sosial media hesabı oğurlanıb.
32gun.az xəbər verir ki, bu barədə aktrisa paylaşım edərək məlumat yayıb. Fırıldaqçılar Işıl Yücesoy adından istifadə edərək aktrisanın yaxın çevrəsindən 20 min TL tələb ediblər.
Onlar aktrisanın telefon siyahısındakı bəzi şəxslərə "Axşamınız xeyir, bu saatda sizi narahat etdiyim üçün üzr istəyirəm... Sizdən bir xahişim var. İndi təcili hardansa 20.000 TL almaq lazımdır. Ödəniş etməliyəm. Əgər IBAN göndərsəm, zəhmət olmasa, təsvirə adımı yazıb ödənişi edə bilərsiniz? Cümə günü qaytaracam" deyərək pul tələb ediblər.
Sosial media hesabında açıqlama yayan Yücesoy fırıldaqçılara qarşı yaxın ətrafına xəbərdarlıq edib.
Aysel Şirinova
