"Google" istifadəçilərin təhlükəsizlik mexanizmini genişləndirib.
32gun.az xarici mediaya istinadən xəbər verir ki, "google"nin təqdim etdiyi yeniliyə əsasən artıq hər hansı bir şəxsin özünəməxsus qeyri-etik və ya istənməyən şəklini "google"dən sildirməsi mümkün olacaq. Yeniliyə görə bununla da artıq həmin şəxsə aid fotolar axtarış mexanizmi tətbiq edildikə insanların rastına çıxmayacaq.
"Google" həmçinin istifadəçi məlumatlarını ehtiva edən axtarışda yeni nəticələr görünəndə bildiriş göndərəcək.
Qeyd edək ki, platforma bu yeniliyi fevral ayında elan edib və avqust ayında qlobal miqyasda yayılacağı gözlənilir.
Aysel Şirinova