DÜNYA ÖZ XƏBƏR

Londonda səfil həyatı sürənlərin sayı ARTIB

İngiltərənin paytaxtı Londonda küçələrdə, mağazaların girişlərində, parklarda və ya tərk edilmiş binalar kimi açıq yerlərdə yatan evsizlərin sayı son bir ildə artan kirayə qiymətləri  səbəbiylə təxminən 10 faiz artıb.

32gun.az-ın xarici mediaya istinadən xəbər verir ki bu barədə məlumatı ölkədə səfil həyatı sürənlərlə məşğul idarə Birləşmiş Evsizlər və İnformasiya Şəbəkəsi yayıb.

Məlumatda  aprel-iyun ayları ərzində paytaxtda 3272 nəfərin çətin şəraitdə küçələrdə yaşadığı müəyyən edilib.  Bu rəqəmin ötən ilin eyni dövründə 2 min 998 olaraq qeydə alındığı bildirilib.

Beləliklə, səfil həyatı sürənlərin sayının 10% artdığı bildirilib.

Aysel Şirinova

Oxşar Xəbərlər