DÜNYA ÖZ XƏBƏR

Ukraynada su çatışmazlığı yaranıb

Ukraynanın Marhanets şəhəri Kaxovka Anbarı və Su Elektrik Stansiyasının (SES) partlamasından sonra su çatışmazlığı ilə üzləşib.

32gun.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə su qıtlığı ilə üzləşən Marqanets şəhəri su ilə Dnepr çayı sahillərində yerləşən şəhərlərdən təmin edilir. 

Marqanets Bələdiyyə Başçısı Gennadiy Borovik, "SES ilə bağlı hadisə bizi susuz qoydu. SES-də suyun səviyyəsi aşağı düşüb və bu səbəbdən şəhərə su gəlmir. Ona görə də bir çox şəhərləri su ilə təmin edə bilmirik. Şəhərdə 55 supaylayıcı mərkəz yaradılmışdır. Bu mərkəzlərə hər gün su gətirilərək əhaliyə paylanır. Həmçinin 8 su quyusu qazdıq. Onlardan ikisi xəstəxanalar üçündür",-deyib.

Boru kəməri ilə bağlı işlərin şəhərdə aparıldığını izah edən Borovik, "Zaporojya-Marqanets, Marqanets-Nikopol boru kəmərləri prezidentin himayəsi ilə tikilir və təxminən 1,5 ay ərzində istifadəyə veriləcək",- deyə bildirib.

Aysel Şirinova

Ukrayna'daki Kahovka HES'in patlatılmasının ardından su sıkıntısı yaşanıyor

Ukrayna'daki Kahovka HES'in patlatılmasının ardından su sıkıntısı yaşanıyor

 

Oxşar Xəbərlər