DÜNYA ÖZ XƏBƏR

Ata və qız səkidə gedərkən başlarına beton parçası düşdü - ANBAAN VİDEO

Konyanın Akşehir bölgəsində qorxunc hadisə baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, səkidə gedən Mehmet Candan (35) və qızı Almina Günay Candan (4) 4 mərtəbəli binadan beton suvaq parçaları başlarına düşərək xəsarət alıb. Yanlarında olan ana Fadime Candan (34) sağ-salamat xilas olub.

Əraziyə polis və tibb işçiləri göndərilib.

Təcili yardım maşınları ilə xəstəxanaya aparılan ata və qızın beyin qanaması keçirdiyi müəyyən edilib.  

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Ayxan

 

Oxşar Xəbərlər