DÜNYA ÖZ XƏBƏR

Daşqın nəticəsində ölənlərin sayı 6-ya çatıb

Sloveniyada daşqın nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Məlumata əsasən təbii fəlakət ölkənin şimal, mərkəzi, şərq və qərb bölgələrində baş verib. 

Ölkədə  leysan yağışlar səbəbindən "fövqəladə vəziyyət" elan edilib. İnsanlara evlərini tərk etməmələri barədə xəbərdarlıq edilib.

Sloveniyanın baş naziri Robert Qolob, daşqının ölkəyə vurduğu ziyanın 500 milyon avronu keçə biləcəyini bəyan edib.

Aysel Şirinova

Oxşar Xəbərlər