DÜNYA ÖZ XƏBƏR

Dünyaca məşhur festival tayfun səbəbilə yarıda dayandı

Cənubi Koreyada keçirilən 25-ci Ümumdünya Skaut Festivalı Xanun tayfunu səbəbindən erkən başa çatıb.

32gun.az xəbər verir kiDünya Skaut Hərəkatı Təşkilatı (WOSM) bu gün Cənubi Koreyanın SaeManGeum şəhərində avqustun 1-də başlayan və avqustun 12-dək davam etməsi planlaşdırılan 25-ci Ümumdünya Skaut Festivalının dayandırıldığını açıqlayıb.

Festival 14-17 yaşlı minlərlə insanın iştirakı ilə 4 ildən bir keçirilir.

Qeyd edək ki, Skaut festivaldında iştirak üçün Cənubi Koreyaya  158 ölkədən 43 min 232 skaut üzvləri gəlib.

Aysel Şirinova

Oxşar Xəbərlər