DÜNYA ÖZ XƏBƏR

Meta külli miqdarda məbləğlə CƏRİMƏLƏNƏCƏK

Norveçdə Datatilsynet (məlumatların mühafizəsi agentliyi) avqustun 14-dən etibarən Meta-nı "istifadəçinin məxfiliyini pozduğuna" görə gündə 1 milyon kron (təxminən 98 500 dollar) cərimələməyə başlayacaq.

32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə Agentlik bu barədə Metaya iyulun 17-sindən xəbərdarlıq edib. Cərimə müddətində Metaya Norveçli istifadəçilərin məkanını müəyyən etmək və reklamlardan istifadə qadağası qoyulacaq.

Cərimə noyabrın 3-dək davam edəcək.

Aysel Şirinova

 

Oxşar Xəbərlər