Rusiyanın müxtəlif bölgələrində ümumi 230 min hektar sahədə 278 yanğınla mübarizə davam edir.
32gun.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatda yanğının ümumulukdə 14 ərazidə başladığı bildirilib.
Bildirilib ki, 125 min hektar ərazisi olan yanğınlardan ən çox zərər çəkən Yakutiya bölgəsində ümumilikdə 98 yanğını söndürmək cəhdləri aparılır.
Qeyd edək ki, dünyadakı meşə sahələrinin təxminən 20 faizinə sahib olan Rusiyada hər il minlərlə hektar sahədə meşə yanğınları baş verir.
Aysel Şirinova