Qırğızıstanda güclü leysandan sonra baş verən sel nəticəsində 92 ev ziyan görüb.
32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə təbii fəlakət ölkənin şimalında İssık-Kul bölgəsində qeydə alınıb.
Leysandan sonra ərazidə aparılan təmizləmə işlərində 103 nəfər şəxsi heyət 7 texnika ilə iştirak edib. Fəlakətin zərərinin aradan qaldırılması üzrə işlər davam etdirilir.
Aysel Şirinova