İtaliyanın şimalında dağda köməksiz qalan 2 alpinist xilas edilib.
32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə İtaliya yanğınsöndürmə briqadası Vigili del Fuoco alpinistlərin Turin şəhərinin şimalındakı Laqo di Valsoerada çətin vəziyyətdə qaldığını açıqlayıb.
Alpinistlər İtaliya yanğınsöndürmə idarəsinə bağlı helikopterlə xilas edilib. Xilasedicilər həmin anları zamana və küləyə qarşı yarış olaraq ifadə ediblər.
Görüntüləri təqdim edirik.
Aysel Şirinova