HADİSƏ
DƏHŞƏTLİ OLAY: Göyçay sakini həmyerlisini döyərək ÖLDÜRÜB
Göyçay rayonunda qətl hadisəsi baş verib.
32gun.az-ın məlumatına görə, rayonun Hacalıkənd kənd sakini İslam Şıxaliyev şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı Göyçay şəhər sakini, 1970-ci il təvəllüdlü Ruslan Süleymanovu döyüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Ruslan Süleymanova göstərilən tibbi yardımlara baxmayaraq bu gün xəstəxanada ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan saytımıza verilən məlumata görə, İslam Şıxaliyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
unikal