Şimali Koreyalı haker qrupları Rusiyanın müdafiə şirkətinə kiberhücumlar təşkil edir.
32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə bu barədə məlumat "SentinelOne" kibertəhlükəsizlik firmasının hesabatında yer alıb. Hesabatda Şimali Koreyanın "ScarCruft" və "Lazarus" haker qruplarının Rusiyanın strateji raket sistemlərinə və raket istehsalçısı “NPO Mashinostroyeniya”ya kiberhücum təşkil etdiyi iddia edilib.
Kiberhücumun Şimali Koreyanın silah proqramlarını inkişaf etdirmək üçün məlumat oğurlamaq məqsədilə həyata keçirildiyi deyilib.
"SentinelOne" tədqiqatçısı Tom Hegel, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa baxmayaraq, Rusiyanın müdafiə sənayesi son illərdə dəfələrlə Şimali Koreyalı haker qrupları tərəfindən hücuma məruz qaldığını bildirib.
Aysel Şirinova