DÜNYA ÖZ XƏBƏR

ABŞ-də güclü fırtına - ölənlər var

ABŞ-də fırtına səbəbilə 2 nəfər həyatını itirib, milyonlarla ev və iaşə obyektlərində elektrik enerjisi kəsilib.

32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə təxminən 29,5 milyon insanın yaşadığı 10 ştatda fırtına, güclü külək, iri dənəli dolu və tornado müşahidə olunur.

Fırtına səbəbilə Cənubi Karolina ştatında 15 yaşlı yeniyetmənin üzərinə ağac aşıb, Alabama ştatında isə 28 yaşlı gənci ildırım vurub. Hər iki şəxs həyatını itirib.

Aysel Şirinova

 

Oxşar Xəbərlər