Böyük Britaniya ilə Türkiyə arasında qeyri-qanuni immiqrasiyanın qarşısını almaq üçün müqavilə imzalanıb.
32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə razılaşmada Türkiyədən Böyük Britaniyaya kiçik qayıqlarla getməyə cəhd edən qaçaq türklərin ekstradisiyasının asanlaşdırıldığı bildirilib.
İngiltərə mətbuatında yer alan xəbərlərdə Türkiyə ilə bağlanan müqavilə çərçivəsində La-Manş boğazından türklərin ölkələrinə qaytarılması prosesinin sürətləndiriləcəyi qeyd edilib.
Qeyd edək ki, Britaniya ötən ilin dekabrında Albaniya ilə oxşar saziş imzalayıb.
Aysel Şirinova