İraq mətbuatında “gey” və “homoseksuallıq” sözlərindən istifadə qadağan edilib.
32gun.az xəbər verir ki, bu barədə İraq Rabitə və İnformasiya Agentliyi qərar verib.
Qərara əsasən qurumdan işləmək icazəsi almış bütün mətbuat və media orqanlarında hazırlanan yazıların məzmununda “homoseksuallıq” əvəzinə “cinsi azğınlıq" ifadəsi istifadə ediləcək.
Agentlik qərarın cəmiyyətin ümumi əxlaqını qorumaq və yad terminlərdən istifadədən çəkinmək məqsədi daşıdığını bildirib.
Aysel Şirinova