X sosial media platforması Trampın hesabı ilə bağlı məlumatları gec dərc etdiyinə görə 350 min dollar cərimələnib.
32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə ABŞ-nin keçmiş prezidenti Donald Trampın əvvəllər Twitter adlanan X platformasındakı hesabı üçün axtarış elan edilib və X-in tələbi vaxtında yerinə yetirməyib.
Hesabla bağlı istənilən məlumatların verilməsi 3 gün gecikdirilib.
Məsələ ilə Tramp özünün sosial media platforması olan TruthSocial-da verdiyi açıqlamada prezident Co Baydenə və Ədliyyə Nazirliyinin bu qərarına münasibət bildirərək X hesabındakı məlumatların əldə edilməsi qərarını yeni öyrəndiyini, bunun vətəndaş hüquqlarına hücum olduğunu deyib.
Məhkəmə isə hesabla bağlı məlumatların Tramp da daxil olmaqla kiməsə açıqlamasını qadağan edən məxfilik qərarı alıb.
Aysel Şirinova