DÜNYA ÖZ XƏBƏR

Prezidentliyə namizəd olan şəxs ÖLDÜRÜLDÜ

Prezidentliyə nazimədliyini verən şəxs silahlı hücuma məruz qalaraq öldürülüb.

32gun.az xəbər verir ki, hadisə Ekvadorda baş verib.

 Korrupsiyaya qarşı mövqeyi  ilə tanınan prezidentliyə namizəd Fernando Villavicencio paytaxt Kitoda qatıldığı tədbirdən sonra maşınına minərkən  başından açılan üç atəş nəticəsində dünyasını dəyişib.

Ekvador Baş Prokuroru sosial media hesabından verdiyi açıqlamada hücumu həyata keçirən şübhəlinin təhlükəsizlik qüvvələri ilə atışmada güllələndiyini və aldığı xəsarətlərdən dünyasını dəyişdiyini bildirib. Hücum nəticəsində aralarında 1 deputat namizədi və 2 polis əməkdaşı olmaqla 9 nəfərin yaralandığı da vurğulanıb.

Polisin keçirdiyi əməliyyatlarda hadisə ilə əlaqəsi olduğu ehtimal edilən 6 nəfərin saxlanıldığı bildirilib.

Qeyd edək ki, ölkədə prezident seçkilərinin avqustun 20-də keçirilməsi nəzərdə tutulub.

Aysel Şirinova

Oxşar Xəbərlər