HADİSƏ
Polis TƏCİLİ əməliyyat keçirdi - SAXLANILAN VAR
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan və Abşeron dəmiryolu stansiyalarının ərazisindən 4 ədəd drossel-transformatoru oğurlamaqda şübhəli bilinən paytaxt sakini Anar Əsgərov saxlanılıb.
32gun.az xəbər verir ki, araşdırmalarla onun Biləcəri dəmiryolu stansiyasının ərazisindən 2 ədəd drossel-transformatorunu oğurlamağa cəhd göstərməsi də müəyyən olunub.